Yığmamız yoldaşlıq oyununda qüvvəsini sınayıb

Yığmamız yoldaşlıq oyununda qüvvəsini sınayıb

Futbol üzrə 21 yaşınadək qızlardan ibarət Azərbaycan yığması İspaniyanın Tarraqona şəhərində təlim-məşq toplanışında iştirak edir.
Hazırlıq prosesi çərçivəsində yığmamız yerli "Pardinyes” klubunun U-21 komandası ilə yoldaşlıq oyununda qüvvəsini sınayıb. Komandamız rəqiblərinə 3:2 hesab ilə qalib gəlib. Yığmamızın heyətində Sevinc Cəfərzadə iki, Nərgiz Hacıyeva isə bir dəfə fərqlənib.