Messi “Barselona”da qalacaq

Messi “Barselona”da qalacaq



"Barselona"nın prezidenti Jozep Bartomeu Lionel Messinin başqa kluba keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Kataloniya klubunun rəhbəri argentinalını satmaq niyyətində olmadıqlarını dilə gətirib: "Messinin satışı qeyri-mümkündür. Kimsə onun gedişi ilə bağlı xəbərlər yayırsa, bu, Messinin oyun stabilliyini pozmaq məqsədi ilə edilir. Leo "Barselona"da böyüdü və burada da karyerasını bitirəcək. Luis Enrike ilə Messinin mübahisəsi haqda şayiələr həddən artıq şişirdildi. Hər komanda da söz-söhbətlər olur, bu normaldır”.