Mişel Platini yenidən UEFA prezidenti seçildi

Mişel Platini yenidən UEFA prezidenti seçildi


39-cu UEFA Konqresində Mişel Platini qurumun prezidenti vəzifəsinə yenidən seçilib.
Seçimlərdə Mişel Platininin rəqibi olmayıb.
Xatırladaq ki, Mişel Platini 1988-1990-cı illərdə UEFA-nın texniki inkişaf komitəsində çalışıb. 2002-ci ildən UEFA-nın və FİFA-nın İcrayə Komitəsinin üzvü olub. Bu illər ərzində Platini UEFA və FİFA-da müxtəlif rəhbər vəzifələrdə işləyib. 2006-cı ildə FİFA-nın Texniki-Tərəqqi Komitəsinin sədri və Fransa Futbol Federasiyasının vitse-prezidenti vəzifələrində çalışıb.
Mişel Platini 2007-ci il yanvarın 26-da UEFA-nın Düsseldorf şəhərində keçirilən konfransında UEFA prezidenti seçilib. O, eyni zamanda FİFA-nın vitse-prezidentidir.