Yunanıstanın futbol üzrə milli komandasının bəzi oyunçuları ölümlə nəticələn ağır-yol nəqliyyat hadisəsi törədiblər. Belə ki, dünən Macarıstanla keçirilən oyundan sonra milli futbolçulardan Vabgelis Maros, Yannis Fetfasidis və Panagiotis Taçsidisin olduqları avtomobil taksi ilə toqquşub. Qəza nəticəsində taksi sürücüsü hadisə yerində keçinib. Futbolçular dərhal xəstəxanaya yerləşdirilib.
Yunanıstan Futbol Federasiyasıda faktı təsdiqləyib.