Ronaldonun tərbiyəsizliyi sübut olunarsa ...

Ronaldonun tərbiyəsizliyi sübut olunarsa ...

"Real”ın ulduz oyunçusu Ronaldo İspaniya La Liqasının son turunda "Nou Kamp”da "Barselona” ilə matçda ədəbsiz jest etməsinə görə cəza ala bilər. Portuqaliyalının etdiyi ədəbsiz hərəkət kameraları obyektivinə düşüb.
İspaniya mətbuatında yayılan məlumata görə, hücumçunun bu jestləri təhqir kimi oyunun baş hakimi Mateu Laosun ünvanına göndərilib. Əgər Ronaldonun tərbiyəsizliyi sübut edilərsə, o ciddi cəzalanacaq.