AVRO - 2016-nın seçmə mərhələsinin Çernoqoriya - Rusiya matçında xuliqanlıq edən azarkeş saxlanılıb. Xarici KİV-lərin məlumatına görə, oyunun ilk dəqiqəsində qonaqların qapıçısı İqor Akinfeyevə məşəllə xəsarət yetirən yerli fanat Luka Lazareviç polisə özü təslim olub.
Onun barəsində cinayət işi açılıb. Bu hərəkətinə görə peşman olduğunu bildirən azarkeş qapıçıdan və Rusiyadan üzr istəyib.
Qeyd edək ki, Çernoqoriya-Rusiya görüşünün start fitindən dərhal sonra qapının arxasındakı tribunadan atılan məşəl qonaq komandanın qapıçısı İqor Akinfeyevin başına dəyib. Bu, qarşılaşmanın 30 dəqiqə dayandırılmasına səbəb olub.