Ermənistan millisinin baş məşqçisi Bernard Şalland istefa verib.
"Hüriyyet.com.tr”-nin yazdığına görə, isveçrəli mütəxəssis Albaniyaya 2:1 hesabı ilə uduzduqları matçdan sonra bu qərara gəlib. Ermənistan Futbol Federiyası 63 yaşlı çalışdırıcının istefa ərizəsini qəbul edib. Qeyd edək ki, "İ” qrupunda mübarizə aparan Ermənistan 1 xalla sonuncu pillədədir.
Xatırladaq ki, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl Albaniya millisinin Ermənistana qalib gələcəyi təqdirdə yunanıstanlı yetirmələri Ansi və Telliyə mükafat verəcəyini vət etmişdi.
Vədi yerinə yetirməyə dəyər.