“Qarabağ”da idman direktoru dəyişmədi

“Qarabağ”da idman direktoru dəyişmədi

"Qarabağ” klubu idman direktoru Con van Loenlə müqaviləsinin müddətini uzadıb. 50 yaşlı mütəxəssis daha bir il Ağdam təmsilçisində çalışacaq.
Çalışdığı vəzifəyə 2014-cü ilin aprelində təyin olunan hollandiyalının bir illik fəaliyyəti qənaətbəxş hesab edilib. Bu səbəbdən klub rəhbərliyi van Loenin daha bir il komandada qalmasını məqsədəuyğun sayıb.
Qeyd edək ki, Hollandiya yığmasının keçmiş hücumçusu olmuş van Loen "Utrext”, "Anderlext”, "Ayaks”, "Feyenord”, APOEL kimi klubların şərəfini qoruyub. O, 1998-ci ildən məşqçilik karyerasına başlayıb. "Utrext”də köməkçi məşqçi kimi çalışmış mütəxəssis "Roda”, "Apeldorn” və DOS-37 klublarında da fəaliyyət göstərib.