Rusiya nümayəndəsi İcraiyyə Komitəsinə üzv seçilmədi

Rusiya nümayəndəsi İcraiyyə Komitəsinə üzv seçilmədi

UEFA İcraiyyə Komitəsinə 3 yeni üzv seçilib. Bunlardan biri Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şukerdir.
DÇ-1998-in bombardiri, əfsanəvi xorvat futbolçudan başqa, ilk dəfə İcraiyyə Komitəsinə portuqaliyalı Fernando Qomeş və macarıstanlı Şandor Çani də üzv seçilib.
İcraiyyə Komitəsinin dörd üzvü - Anxel Mariya Vilyar Lona (İspaniya), Qriqori Surkis (Ukrayna), Piter Jiyeron (İsveçrə) və Borislav Mixaylov (Bolqarıstan) daha 4 il bu vəzifədə çalışacaq.
Xatırladaq ki, Rusiya Futbol İttifaqının keçmiş prezidenti Sergey Fursenko İcraiyyə Komitəsini tərk etməli olub. 2011-ci ildən UEFA-da bu vəzifəni tutan Fursenko növbəti müddətə seçilməyib.