“Zirvə” birinci yerə layiq görülüb

“Zirvə” birinci yerə layiq görülüb

Azərbaycan Texniki Universitetinin idman kompleksində eşitmə qüsurlu əlillər arasında keçirilən futzal üzrə "Yaz turniri”nə yekun vurulub. AFFA-nın və "Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə birinci yerə "Zirvə” komandası layiq görülüb. İkinci yeri "Şimşək”, üçüncü pilləni isə "Birlik” komandası tutub. "Zirvə” komandasının üzvləri Süleyman Osmanlı və Güləli Baxşıyev müvafiq olaraq, ən yaxşı qapıçı və oyunçu seçiliblər. Turnirin ən məhsuldar futbolçusu isə "Şimşək” komandasının üzvü Telman Hüseynov olub.