Çimərlik futbolu üzrə ispaniyalı hakim Eiriz Mata Bakı-2015 ilk Avropa Oyunlarına təyinat alıb.
36 yaşlı hakim dörd dünya çempionatında (Rio-2007, Dubay-2009, İtaliya-2011 və Taiti-2013) hakimlik edib. O, eyni zamanda, iki final oyununun referisi olub.
E.Mata bu barədə deyib: "Bütün qitələrdə keçirilmiş beynəlxalq yarışlarda hakimlik etmişəm. Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında ədaləti qorumaq böyük məsuliyyət tələb edir”.
Xatırladaq ki, 1993-cü ildə fəaliyyətə başlayan ispaniyalı referi 2006-cı ildə beynəlxalq hakim statusu alıb.