Final matçı Qəbələdə keçiriləcək

Final matçı Qəbələdə keçiriləcək


Futbol üzrə Azərbaycan Kubokunda final matçının keçiriləcəyi yer müəyyənləşib. Peşəkar Futbol Liqasının rəsmi saytının verdiyi xəbərə görə, həlledici mərhələyə vəsiqə qazanan "Neftçi" və "Qarabağ" klubları Qəbələdə üz-üzə gələcəklər.
Qeyd edək ki, yarımfinalda "Qarabağ" "Simurq"u, "Neftçi" isə "İnter"i məğlub edib. Oyun iyunun 3-də keçiriləcək.