Hazard ilin ən yaxşı oyunçusu seçildi

Hazard ilin ən yaxşı oyunçusu seçildi

"Çelsi”nin belçikalı yarımmüdafiəçisi Eden Hazard İngiltərədə 2014/2015-ci illər mövsümünün ən yaxşı futbolçusu seçilib. Peşəkar Futbol Assosiasiyasının keçirdiyi sorğuda 24 yaşlı oyunçu bütün rəqiblərini qabaqlayıb.
Keçən mövsüm bu nominasiyada birinci Luis Suares olduğu halda, Hazard ikinci yeri tutmuşdu.
İngiltərədə mövsümün ən yaxşı gənc futbolçusu adına isə "Tottenhem”in üzvü Harri Keyn layiq görülüb.
Assosiasiya "Liverpul”un kapitanı Stiven Cerrard və "Mançester Siti”nin yarımmüdafiəçisi Frenk Lempardı da unutmayıb. Hər iki təcrübəliyə futbolda xidmətlərinə görə mükafat təqdim edilib.