Avrokubokların reqlamentində dəyişiklik

Avrokubokların reqlamentində dəyişiklik

UEFA avrokubokların reqlamenti ilə bağlı dəyişiklik edib. Qurum "Fair Play” reytinqi sayəsində Avropa Liqasında iştirak hüququ verilməsini dayandırır.
İndiki qaydalara əsasən reytinqdə ilk 3 pillədə qərarlaşan ölkələrin hərəsinə qitə kuboklarında əlavə bir yer verilir. Lakin bu qayda sonuncu dəfə qarşıdakı mövsümdə keçərli olacaq.
Çünki 2015/16-cı illər mövsümündən etibarən "Fair Play” reytinqi 3 müxtəlif cədvəldə əks olunacaq. Bura ümumi reytinq, ən çox irəliləyişə nail olanlar və azarkeşlərin davranışı üzrə cədvəllər daxil olacaq. Hər göstərici üzrə liderlər mükafatlandırılacaq. Lakin onlar 2016/17-cı illər mövsümündə Avropa Liqasına vəsiqə almayacaqlar. Əvəzində ən yaxşılar öz büdcələrini zənginləşdirəcəklər. Reytinqlərin qaliblərinə veriləcək mükafatların məbləği hələ dəqiqləşməyib. Amma bu məbləğ onları "Fair Play”ə əməl etməyə stimullaşdırmalıdır.