“Karlosla dostluğumuz möhkəmdir”

“Karlosla dostluğumuz möhkəmdir”

"Karlosla çox yaxın dostuq. Bunu hamı bilir ki, o mənim üçün tanıdığım ən dəyərli insanlardan biridi”. Bu sözləri Braziliya yığmasının keçmiş futbolçusu Ronaldo deyib.
"Fenomen” ləqəbli əfsanəvi hücumçu həmyerlisi Roberto Karlos barədə ürək sözlərini deyib. Keçmiş müdafiəçi ilə arasındakı dostluqdan söhbət açan Ronaldo maraqlı fikir səsləndirib: "Karlosla həm Braziliya yığmasında, həm "Real”ın, həm də "Korintians”ın heyətində birgə çıxış etmişik. Karlosla dostluğumuz möhkəmdir”.
Qeyd edək ki, karyerası ərzində Avropanın "PSV Eyndhoven”, "Barselona”, "İnter”, "Real” və "Milan” klublarının formasını geyinmiş Ronaldo karyerasını 2011-ci ildə başa vurub.