Futbolçu faciəli şəkildə həyatını itirdi

Futbolçu faciəli şəkildə həyatını itirdi

Argentinanın aşağı dəstələrindən birində mübarizə aparan "San Martin de Burzako”nun müdafiəçisi Emanuel Orteqa uzun müddət davam edən komadan sonra vəfat edib. Xatırladaq ki, 21 yaşlı futbolçu mayın 3-də "Yuventude”yə qarşı oyunda yıxılaraq başını meydançanı əhatə edən beton arakəsməyə çırpmışdı. Orteqa təcili olaraq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Baş verən hadisədən sonra Argentina Futbol Federasiyası bu həftə keçiriləcək bütün daxili futbol yarışlarını təxirə salıb.