Ueyn Runinin oğlu “Qalatasaray”ın azarkeşidir

Ueyn Runinin oğlu “Qalatasaray”ın azarkeşidir

"Mançester Yunayted”ın ulduz futbolçusu Ueyn Runinin oğlu Kay qardaşının ad günü ziyafətinə "Qalatasaray”ın forması ilə gəlib.
Mançesterin "Gusto” restoranında təşkil olunan ziyafətin qonaqlarını "Qalatasaray” formasında qarşılayan Kay öz geyimi ilə hamını təəccübləndirib.
Futbolçunun xanımı Kolin Runi özünün "Twitter” səhifəsində qeyd edib ki, oğlu "cim bom”u dəstəkləyir.