“Barselona”nın qapıçısına mükafat verildi

“Barselona”nın qapıçısına mükafat verildi


"Barselona”nın qapıçısı Klaudio Bravo "Zamora mükafatı”na layiq görülüb. Bu mükafat İspaniya La Liqasında bir mövsümdə orta hesabla ən az qol buraxan qapıçıya təqdim olunur.
"Barsa”nın qapıçısı cari mövsümdə çıxdığı 37 oyunda qapısından 19 qol buraxıb ki, bu da orta hesabla hər oyuna 0.51 qol deməkdir.
Xatırladaq ki, La Liqa tarixində bu, 3-cü ən yaxşı nəticədir. 1993/94-cü illər mövsümündə "Deportivo”nun qapısnı qorumuş Fransisko Lianyo ən yaxşı göstəriciyə malikdir (orta hesabla 0,47 qol).
İkincilik isə "Barselona”nın keçmiş qapçısı Viktor Valdesə məxsusdur. O, 2010/11-ci illər mövsümündə orta hesabla hər oyunda 0.50 qol nəticəsi göstərmişdi.
Qeyd edək ki, "Zamora mükafatı”nı bu vaxta qədər "Barselona”nın qapıçıları 20 dəfə qazanıblar. Katalonların əzəli rəqibi "Real”da isə bu göstərici 16-ya bərabərdir.