2018-ci il futbol üzrə dünya çempionatının ilkin püşkatma mərasimi iyulun 25-də Peterburqun Konstantinov sarayında keçiriləcək.
Rusiyanın NTV telekanalının verdiyi xəbərə görə, mərasimin keçirilmə vaxtı və yeri barədə məlumat FİFA-nın rəsmi saytında yerləşdirilib. Yerli vaxtla 18:00-da başlayacaq və iki saat davam edəcək püşkatma mərasimi 100-dən çox ölkədə yayımlanacaq.