"Çelsi”nin yarımmüdafiəçisi Con Obi Mikel klubda qalacaq. BBC-nin verdiyi məlumata görə, "zadəganlar”ın baş məşqçisi Joze Mourinyo nigeriyalı futbolçunun satışına qadağa qoyub.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi ilə ərəb və Çin klubları maraqlanırdı. Portuqaliyalı mütəxəssis klubdan əsas oyunçularından birinin gedişinə əsla razı deyil.