Çörək almağa vertolyotla gedir

Çörək almağa vertolyotla gedir


Almaniyanın "Bavariya” futbol klubunun polşalı hücumçusu Robert Levandovskinin həyat yoldaşı çörək almağa vertolyotla gedir.
Xarici medianın yazdığına görə, Annanın çörək almaq üçün getdiyi yer Polşanın Stanzleven qəsəbəsindən 30 kilometr aralıdadır. Onun yaşadığı qəsəbədə çörək sexinin olmadığı bildirilir.
Annanın çörək almaq üçün istifadə etdiyi taksi vertolyotun bir saatlıq icarəsi isə 500 avrodur. Əlavə edək ki, onun əri "Bavariya” klubundan ildə 12 milyon avro qazanır.