Bekhem qızı Harperin xahişi ilə belinə "Yaramaz mən” ("Despicable me”) adlı məşhur animasiya filmindəki minionlardan birinin döyməsini etdirib.Futbolçunun həyat yoldaşı, model və dizayner Viktoriya Bekhem ərinin kürəyində etdirdiyi yeni döyməsinin fotosunu "İnstaqram”da paylaşıb.
Həmin fotoya Devid Bekhemin fanatları müxtəlif cür reaksiya veriblər. Şəklin altına şərh yazanlardan bəziləri "minion” döyməsinin futbolçunun imicinə və xarizmasına xələl gətirdiyini iddia ediblər. Ulduzun qadın fanatları isə qızı üçün bu addımı atan Devidi "möhtəşəm insan, mükəmməl ata” kimi qiymətləndiriblər.
Qeyd edək ki, Devid Bekhemin bədənində ümumilikdə 30-a yaxın döymə var. Ulduz futbolçu bu günə kimi bədəninə müxtəlif mələk fiqurları, Roma rəqəmləri, uşaqlarının adlarını, həyat yoldaşı Viktoriya Bekhemin şəklini döydürüb.