Türkiyəli atletin qızıl medalları ləğv olundu

Türkiyəli atletin qızıl medalları ləğv olundu


Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) dopinqə görə türkiyəli atlet Nevin Yanıtın nəticələrini ləğv edib.
3 il müddətinə yarışlardan uzaqlaşdırılan atlet 2012-ci ildə qazandığı Avropa çempionu adından məhrum olub.
Bundan əlavə, İAAF Yanıtın 2013-cü ilin martında Almaniyanın Göteborq şəhərində keçirilmiş Avropa turnirində 60 metr məsafəyə qaçışda qazandığı qızıl medalı da ləğv edib.
İdmançının London-2012-də əldə etdiyi nəticələri də sıfırlanıb.