Kanadada qadınlar arasında keçirilən ağırlıqqaldırma üzrə beynəlxalq turnirdə maraqlı hadisə baş verib.
Yarışda iştirak edən venesuelalı idmançı Qenezis Rodriges Qomez (53 kq) 106 kq-ın öhdəsindən gəlməyə çalışıb. Lakin o 106 kq-lıq "ştanq”ı başı üzərinə qaldırarkən huşunu itirib. Bəxtindən Qomezə heç bir şey olmayıb. "Ştanq” yerə yıxılan gənc idmançıdan kənara düşüb.
Qısa müddət sonra özünə gələn Venesuela idmançısı 2-ci cəhddə bu çəkinin, 3-cü cəhddə isə 109 kq-ın öhdəsindən gələ bilib. Başına gələn hadisəyə baxmayaraq o turniri gümüş medalla bitirib.