Rusiyanın idman naziri, FİFA İcraiyyə Komitəsinin üzvü Vitali Mutko FİFA-nın yeni prezidentin gələn il fevralın 26-da Sürixdə seçiləcəyini bildirib. Rusiyanın "R-Sport” nəşrinin yazdığına görə, FİFA İcraiyyə Komitəsi müvafiq qərar iyulun 20-də keçirilmiş növbədənkənar iclasında verilib.
Xatırladaq ki, Yozef Blatter mayın 29-da beşinci müddətə seçilsədə artıq iyulun 2-də korrupsiya qalmaqalı fonunda istefa verib. Prezident seçkilərində namizədliyi dörd konfederasiya tərəfindən dəstəklənən UEFA rəhbəri Mişel Platininin iştirak edəcəyi gözlənilir.