İyulun 25-də Sankt-Peterburqdakı Konstantinovski sarayında 2018-ci ildə Rusiyanın ev sahibliyi edəcəyi futbol üzrə XXI dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatma mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, FİFA prezidenti Yozef Blatter, idman mütəxəssisləri, futbolçular iştirak ediblər. AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və baş katib Elxan Məmmədov da mərasimdə iştirak ediblər.
Püşkatmaya görə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində "C” qrupunda mübarizə aparacaq. Bu qrupda 6 komanda yer alıb. Azərbaycan yığma komandası bu qrupda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə görüşəcək.