Ötən həftə qitənin nüfuzuna görə ikinci dərəcəli klub turniri olan Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı "İnter” İslandiyanın "Hafnarfyordur” komandası ilə qarşılaşıb. Tarixində heç vaxt III təsnifat mərhələsinə vəsiqə qazana bilməyən "İnter” maliyyə problemlərinin mövcud olduğu bir dövrdə bu uğura çox yaxın idi. Belə ki, səfərdə keçirilən ilk oyunda rəqibini 2:1 hesabı ilə məğlub edən "İnter”i evdə istənilən heç-heçə qane edirdi. "İnter Arena” stadionunda keçirilən görüşün ilk hissəsinin sonlarında "bankirlər” hesabı açmağa müvəffəq olublar. Fasiləyə 1:0 hesabı ilə üstün yollanan Zaur Svanadzenin komandası ikinci hissənin əvvəllərində qapısında iki top görüb - 1:2. Rəqibin vurduğu iki qol oyunu əlavə vaxta aparıb. Əlavə vaxtın ilk dəqiqəsində Rauf Əliyevin vurduğu qol "İnter”i tarixində ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsinə yüksəldib. Beləliklə, maliyyə problemləri ilə üzləşməsinə baxmayaraq, "bankirlər” II təsnifat mərhələsini də uğurla adlayıblar.
Məulumat üçün qeyd edək ki, "İnter” III təsnifat mərhələsində İspaniyanın "Atletik” (Bilbao) klubu ilə qarşılaşacaq.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
"İnter” (Bakı, AZƏRBAYCAN) - "Hafnarfyordur” (İslandiya) - 2:2
Qol: Abbas Hüseynov, 45+1, Rauf Əliyev, 91 - Valdimarsson, 47, Finnboqasson, 52
Qırmızı vərəqə: Finnboqasson, 55
Baş hakim: Yaroslav Kozık
Yan xətt hakimləri: Semyon Şlonçak, İqor Alyoxin
Dördüncü hakim: Sergey Boyko (hamısı Ukrayna)
UEFA hakim-inspektoru: Cerrard Perri (İrlandiya)
UEFA nümayəndəsi: Artur Qaydels (Litva)
Bakı. "İnter Arena” stadionu
İlk oyun - 2:1
"İnter”: 25. Səlahət Ağayev, 3. Xuanfran, 4. Laşa Kasradze, 14. Zurab Xizanişvili, 30. Abbas Hüseynov, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 11. Rauf Əliyev, 23. Dieqo Martins
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Denis Silva, 22. İlkin Qırtımov, 10. Elnur Abdullayev, 15. Yan Polyak, , 13. Mirsahib Abbasov, 45. İlkiin Sadıqov
Baş məşqçi: Zaur Svanadze
"Hafnarfyordur”: 12. Finnboqason, 4. Tillen, 5. Petur Vidarsson, 20. Kassim Dumbia, 26. Conatan Hendriks, 8. Emil Pallson, 9. Torarin Valdimarsson, 10. David Vidarsson, 13. Byarni Vidarsson, 22. Servi, 11. Atli Qudnason
Ehtiyat oyunçular: 15. Torrison, 21. Bödvar Bödvarson , 16. Consson, 23. Qudmundsson, 18. Finboqason
Baş məşqçi: Haymir Qudyonson
"İnter”lə yanaşı, Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı "Qəbələ” komandası da avrokuboklarda növbəti oyununu keçirib. Əyalət klubu Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Serbiyanın "Çukariçki” komandası ilə qarşılaşıb.
Roman Qriqorçukun komandası səfərdə keçirilən ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağı bacarıb. Oyuna fəal başlayan təmsilçimiz ilk hissənin sonlarına yaxın hesabı aça bilib. Qarşılaşmanın 39-cu dəqiqəsində estoniyalı futbolçu Sergey Zenyov fərqlənib. İkinci hissəyə də fəal başlayan Roman Qriqorçukun yetirmələri 53-cü dəqiqədə Sergey Zenyovun vurduğu qolla fərqi iki topa yüksəldiblər. Bu görüşdə sonuncu qol olub və "qırmızı-qaralar” 2:0 hesabı ilə qalib gəlib.
Beləliklə, UEFA Avropa Liqasında III mərhələyə yüksələn "Qəbələ” tarixində ilkə imza atıb. "Qəbələ” Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Çukariçki”yə qalib gələrək Azərbaycan klublarının Serbiya sindromunu qırıb.
Məlumat üçün bildirək ki, bu ölkə təmsilçiləri ilə matçlarda heç vaxt qalib gəlmədiyimizdən "Bakcell Arena”dakı qələbə Azərbaycan klubları üçün ilk olub.
Xatırladaq ki, bunadək Yuqoslaviya, sonra isə onun varisi olan Serbiya klubları ilə təşkil olunan 11 qarşılaşmada təmsilçilərimiz 4 heç-heçə edib, 7 məğlubiyyət almışdı. 2:0 hesabı ilə qalib gələn "Qəbələ” ilk qələbəmizi rəsmiləşdirdib. Bu da serbiyalılarla 12-ci görüşdə reallaşıb.
Qeyd edək ki, Azərbaycan klubunun növbəti mərhələdəki rəqibi Kiprin "Apollon” komandası olacaq. III mərhələnin ilk oyunları iyulun 30-da keçiriləcək. Avqustun 6-da isə cavab qarşılaşmaları keçiriləcək.
Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
23 iyul
"Qəbələ” (AZƏRBAYCAN) - "Çukariçki” (Serbiya) - 2:0
Qol: Sergey Zenyov, 39, 53
Baş hakim: Radek Prjixoda
Yan xətt hakimləri: İvo Nadvornik, Yakub Qrabovski
Dördüncü hakim: Pavel Orel (hamısı Çexiya)
UEFA hakim-inspektoru: Andreas Şluxter (İsveçrə)
UEFA nümayəndəsi: Per Svard (İsveç)
Bakı. "Bakcell Arena” stadionu
İlk oyun - 0:1
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 34. Ürfan Abbasov, 3. Stankoviç, 44. Rafael Santos, 20. Rikardinyo, 6. Rəşad Sadiqov, 66. Samir Zərgərov, 9. Sergey Zenyov, 19. Aleksey Qay, 14. Cavid Hüseynov, 69. Aleksey Antonov
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 4. Elvin Camalov, 8. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 11. Asif Məmmədov, 13. Murad Musayev, 10. Dodo
Baş məşqçi: Roman Qriqorçuk
"Çukariçki”: 12. Nemanya Stevanoviç, 22. Filip Stoykoviç, 23. Boyan Ostoyiç, 4. Lukas Pyasentin, 31. Rayko Brejançiç, 6. Draqolyub Srniç, 8. Branislav Yankoviç, 24. Petar Boyiç, 9.Stoylkoviç, 14. Slavolyub Srniç, 11. Andriya Pavloviç
Ehtiyat oyunçular: 1. Nikola Petriç, 5. Marko Ranceloviç, 20. Reqan Obeng, 10. Matiç, 7. Stanişa Mandiç, 19. Saşa Yovanoviç, 30. Nenad Mirosavlyeviç
Baş məşqçi: Vladan Miloyeviç