“Qarabağ” – “Seltik” qarşılaşması bu gün keçiriləcək

“Qarabağ” – “Seltik” qarşılaşması bu gün keçiriləcək



Çempionlar Liqasının III təsnifat mərhələsində Şotlandiya çempionu ilə qarşılaşacaq "Qarabağ" futbol klubu oyunun keçiriləcəyi "Seltik Park"da sonuncu hazırlığına çıxıb.
Dünən Bakı vaxtı ilə saat 23:45-də məşqə başlayan "Qarabağ” komandasının çalışması bir saat davam edib. Yağışlı hava şəraitində baş tutan məşqdə komandamız yüngül hazırlıqla kifayətlənib.
Qeyd edək ki, "Seltik" - "Qarabağ" oyunu bu gün Bakı vaxtıyla 23:45-də start götürəcək.