UEFA-nın baş əməliyyat meneceri, Milli Assosiasiyalar Departamentinin əməkdaşı Kristof Yunq, stadionlar üzrə inspektor Triqve Borno və media nümayəndəsi Yuliya Zenkoviçdən ibarət nümayəndə heyəti Bakıda ikigünlük səfərdə olublar. Səfərin məqsədi futbol üzrə "Avro-2016”nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək Azərbaycan-İtaliya oyununa hazırlıq işləri ilə maraqlanmaq olub. Qitənin ali futbol qurumunun nümayəndələri qarşılaşmanın təşkil olunacağı Bakı Olimpiya Stadionuna baxış keçiriblər. Qonaqlar, həmçinin mətbuat və digər təşkilati məsələlərlə bağlı tövsiyələrini veriblər.