UEFA rəhbəri Mişel Platini FİFA prezidentliyinə namizədliyini irəli sürüb. Qitə futbol qurumunun başçısı namizədliyini elan edib.
6 konfederasiyadan 4-nün Platinini dəstəklədiyi haqda məlumatlar yayılıb.
Məlumat üçün bildirək ki, bir həftə əvvəl FİFA-nın İcraiyyə Komitəsi federasiyanın yeni prezident seçkisinin fevralın 26-da baş tutacağını və həmin müddətə qədər Blatterin quruma rəhbərlik edəcəyini açıqlamışdı.
Qeyd edək ki, mayın sonlarında FİFA-da qalmaqal baş vermişdi. Sürixdə federasiyanın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. DÇ-2010, DÇ-2018 və DÇ-2022-nin ev sahiblərinin müəyyənləşdirilməsində korrupsiya halları qeydə alındığı üçün İsveçrə polisi məsələ ilə bağlı cinayət işi açmışdı. Bütün bunlara baxmayaraq, Blatter mayın 29-da FİFA-nın konqresində növbəti dəfə prezident seçilmiş, lakin 4 gün sonra korrupsiya qalmaqalı ilə əlaqədar olaraq istefa verdiyi açıqlamışdı.