Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın Siofok şəhərində keçirilən Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsi çərçivəsində İngiltərə millisi ilə qarşılaşıb. Gərgin keçən görüş 6:5 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Oyunda futbolçularımızdan Orxan Məmmədov, Asif Zeynalov, Sabir Allahquliyev və Ramil Əliyev fərqləniblər.
Xatırladaq ki, əvvəlki hər iki görüşdə Azərbaycan millisi Rumıniyanı 6:2, Moldovanı isə 4:0 hesabı ilə məğlub etmişdi.