“Barselona” UEFA Super Kubokunun sahibi oldu

“Barselona” UEFA Super Kubokunun sahibi oldu



Avqustun 11-də Tbilisidə keçirilən UEFA Super Kubokunun qalibi müəyyən olundu.
Çempionlar Liqasının son qalibi "Barselona" Avroliqanı qazanan "Sevilya"nı 5:4 hesabı ilə məğlub edərək superkubokun sahibi oldu.
Bakı vaxtı ilə saat 23:45-də başlayan qarşılaşmada qapılara 9 qol vurulub. Fasiləyə 3:1 hesabı ilə üstün yollanan Kataloniya təmsilçisi ikinci hissənin əvvəlində daha bir dəfə fərqlənib. Lakin "Sevilya" ikinci hissədə hesabı bərabərləşdirməyi bacarıb. Əlavə vaxtda daha bir qol vuran "Barselona" tarixində 5-ci dəfə superkuboka sahib çıxıb.
Superkuboku qalib komandaya UEFA-nın prezidenti Mişel Platini, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili təqdim ediblər.
Qeyd edək ki, "Barselona" tarixi ərzində 9-cu, "Sevilya" isə dördüncü dəfə superkubok matçına çıxıb. Kataloniya təmsilçisi 4 dəfə qalib gəldiyi halda, "Sevilya" cəmi bir dəfə superkuboka sahib çıxmışdı.
1972-ci ildən keçirilən Avropa superkubokunu ən çox "Milan" qazanıb. İtaliya təmsilçisi 5 dəfə superkuboku muzeyinə aparıb.