Avropa Çimərlik Futbolu Liqasının seçmə yarışlarının birinci mərhələsində uğurla çıxış etmiş Azərbaycan yığmasının növbəti rəqibləri artıq məlumdur. Komandamız superfinalda Rumıniya, Çexiya və Türkiyə komandaları ilə qarşılaşacaq.
Futbolçularımız bu mərhələdə ilk oyununu avqustun 20-də Rumıniya yığmasına qarşı keçirəcək. Komandamız ayın 21-də Çexiya millisi ilə, növbəti gün isə Türkiyə komandası ilə üz-üzə gələcək. Oyunlar Estoniyanin Parnu şəhərində keçiriləcək.