Həmyerlimiz, beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov futzal üzrə UEFA kubokunun ilkin seçmə mərhələsinin "H” qrupunda keçiriləcək oyunları idarə edəcək. Bu qrupda "Göteborq” (İsveç), "MNK Centar Carajevo” (Bosniya və Herseqovina) və "Mobulu Futsal UNI Bern” (İsveçrə) komandaları mübarizə aparacaqlar. Oyunlar avqustun 27-29-da İsveçrədə keçiriləcək.