“Neftçi”nin rəsmiləri Latın Amerikasına səfər ediblər

“Neftçi”nin rəsmiləri Latın Amerikasına səfər ediblər


"Neftçi” Peşəkar Futbol Klubunun icraçı direktoru Elnur Məmmədov və klubun idman direktoru Vəli Qasımov Cənubi Amerikaya səfərə yola düşüblər.
İşgüzar səfər zamanı bir sıra rəsmi görüşlərin keçiriləcəyi nəzərdə tutulub. "Neftçi” Peşəkar Futbol Klubunun nümayəndələri Latın Amerikasının məşhur klubları ilə görüşməyi planlaşdırıblar. Onlar Latın Amerikasının tanınmış futbol klubları ilə əməkdaşlıq barədə söhbətlər aparacaqlar.