Topaz Premyer Liqasında ilk turun oyunlarına iki qarşılaşma ilə yekun vurulub. Qarşılaşmalardan biri Bakıda, digəri isə Qəbələdə təşkil olunub. Premyer Liqaya yenidən dönən "Rəvan” ilk turda "Sumqayıt”ı qəbul edib. "Kimyaçılar” matçın ilk yarısında azlıqda qalmalarına baxmayaraq əzmkarlıq göstərərək oyunu bərabərliklə bitirməyə nail olublar. Beləliklə, qarşılaşmada hesab açılmayıb.
Topaz Premyer Liqası
I tur
10 avqust
"Rəvan” - "Sumqayıt” - 0:0
"Bayıl Arena”
Qırmızı vərəqə: Ağabala Ramazanov, 39
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Rövşən Əhmədov
"Rəvan”: Konstyatin Maxnovski, Ruslan Tağızadə, Novruz Məmmədov, Vüqar Bəybalayev, Şerif Suma, Samuel Barlay, Yamin Ağakərimzadə, Nicat Muxtarov, Məhəmməd Alıyev, Ramazan Abbasov, Fərid Quliyev
Ehtiyat oyunçular: Rəşad Əzizli, Elçin İsmayılov, Elvin Həsənəliyev, Elvin Əliyev, Cavad Kazımov, Kənan Müslümov, Oruc Balaşlı
Baş məşqçi: Emin Quliyev
"Sumqayıt”: Şahruddin Məhəmmədəliyev, Slavik Alxasov, Vurğun Hüseynov, Pərdis Fərcad-Azad, Uğur Pamuk, Murad Ağayev, Bəxtiyar Həsənalızadə, Nodar Məmmədov, Aleksandr Çertoqanov, Emin Mehdiyev, Ağabala Ramazanov
Ehtiyat oyunçular: Tərlan Əhmədli, Cəmil Hacıyev, Mikayıl Rəhimov, Nuran Qurbanov, Elnur Abdulov, Emil Həsənzadə, Tofiq Mikayılov
Baş məşqçi: Aqil Məmmədov
Turun mərkəzi görüşü isə Qəbələdə oynanılıb. Hazırda Avrokubokda yoluna davam edən iki komanda - "Qəbələ” ilə "Qarabağ” üz-üzə gəlib. Olduqca maraqlı və gərgin keçən qarşılaşmada 4 qol olsa da qalib müəyyənləşməyib. Tərəflər hərəyə iki dəfə fərqlənərək ilk turun mərkəzi qarşılaşmasından heç-heçə ilə ayrılıblar. Oyunun gedişində hesabda irəli olan və oyunçu sayında da rəqibini üstələyən ağdamlılar sona 5 dəqiqə qalmış Samir Zərgərovun qoluna əngəl ola bilməyərək Qəbələdən bir xalla qayıtmağa məcbur olublar.
Məlumat üçün qeyd edək ki, Premyer Liqa çərçivəsində ikinci turun oyunlarına avqustun 15-də start veriləcək. İkinci turda "Rəvan” - "Qarabağ”ı, AZAL isə "Qəbələ”ni qəbul edəcək. Avqustun 16-da isə "Sumqayıt” - "Xəzər Lənkəran” və "Kəpəz” - "Zirə” oyunları keçiriləcək. İkinci tura avqustun 17-ə keçiriləcək "İnter” - "Neftçi” oyunu ilə yekun vurulacaq.
10 avqust
"Qəbələ” - "Qarabağ” - 2:2
Qəbələ şəhər stadionu
Qollar: Zenyov, 35, Samir Zərgərov, 86 - Almeyda, 66 (pen.), 83
Qırmızı vərəqə: Rəşad Sadiqov, 74
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
"Qəbələ”: Dmitri Bezotosnı, Voyislav Stankoviç, Elvin Camalov, Rəşad Sadiqov, Sergey Zenyov, Dodo, Asif Məmmədov, Aleksey Qay, Arif Daşdəmirov, Ürfan Abbasov, Rafael Santos
Ehtiyat oyunçular: David Pietrzkeviç, Ermin Zets, Məhəmməd Mirzəbəyov, Vitali Vernidub, Samir Zərgərov, Aleksey Antonov, Qismət Alıyev
Baş məşqçi: Roman Qriqorçuk
"Qarabağ”: İbrahim Şehiç, Qara Qarayev, Reynaldo, Rəşad Sadıqov, İlqar Qurbanov, Riçard Almeyda, Ansi Aqolli, Raydell Pupon, Bədavi Hüseynov, Əl Hərbi, Coşqun Diniyev
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Vüqar Mustafayev, Dani, Elvin Məmmədov, Əfran İsmayılov, Elvin Yunuszadə, Mahir Mədətov
Baş məşqçi: Qurban Qurbanov