Maradona üzr istədi

Maradona üzr istədi


Argentinalı futbolçu Dieqo Armando Maradona Tunisli hakim Əli bin Nəsirdən 1986-cı ildə əli ilə vurduğu qola görə üzr istəyib. Bu barədə gazetu.ru saytı məlumat yayıb.
Qeyd edək ki, Maradona qolu dünya çempionatının 1/4 final oyununda İngiltərə yığmasının qapısından keçirib. Sözügedən oyunun baş hakimi Əli bin Nəsir olub. Həmin oyun Maradonanın iki qol vurması nəticəsində, Argentinanın 2:1 hesablı qələbəsi ilə nəticələnmişdi.