Turnir cədvəlində liderlər dəyişmədi

Turnir cədvəlində liderlər dəyişmədi


Avqustun 22-də Topaz Premyer Liqasında III turun oyunları start götürüb. Turun ilk iki oyununda bir qələbə və bir bərabərliklə 4 xal qazanmış "Xəzər Lənkəran” öz meydanında yenidən Premyer Liqaya dönən "Rəvan”la qarşılaşıb. Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunda qapılara iki top vurulub.
Meydan sahibləri "Xəzər Lənkəran” oyunu 2 nəfər azlıqda bitirməsinə baxmayaraq yekunda məğlubiyyətdən xilas olmağı bacarıb.
Topaz Premyer Liqası
III tur
"Xəzər Lənkəran” - "Rəvan” - 1:1
"Xəzər Lənkəran” mərkəzi stadionu
Qol: Rahid Əmirquliyev, 86 (pen.) - Ramazan Abbasov, 54
Qırmızı vərəqələr: Elşən Rzazadə, 47, Skarlatake, 90+1 ("Xəzər Lənkəran”)
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov

"Xəzər Lənkəran”: Orxan Sadıqlı, Rasim Ramaldanov, Eləşən Rzazadə, Orxan Əliyev, Kazım Kazımlı, İlyas Səfərzadə, Rahid Əmirquliyev, Tural Cəlilov, Adrian Skarlatake, Elnur Cəfərov, Mahsum Qəmbərli
Ehtiyat oyunçular: Tərlan Qasımzadə, Fərid Əsədov, İbrahim Qədirzadə, Zaman Mirzəzadə, Kamran Abdullazadə, Elvin Mirzəyev, Anar Babazadə
Baş məçqçi: Yunis Hüseynov
"Rəvan”: Konstantin Maxnovski, Ruslan Tağızadə, Novruz Məmmədov, Vüqar Bəybalayev, Şerif Summa, Yamin Ağakərimzadə, Samuel Barlay, Nicat Muxtarov, Məhəmməd Alıyev, Ramazan Abbasov, Tural Qürbətov
Ehtiyat oyunçular: Rəşad Əzizli, Elvin Əliyev, Elçin İsmayılov, Cəmşid Məhərrəmov, Elvin Həsənəliyev, Cavad Kazımov, Fərid Quliyev
Baş məşqçi: Emin Quliyev

Premyer Liqanın III turunun daha 3 görüşü avqustun 23-də keçirilib. Avropa Liqasının pley-offunda mübarizə aparan "Qarabağ” liderlik uğrunda mübarizəni davam etdirib. Ağdam təmsilçisi çempionatın autsayderi AZAL-ın qonağı olub. Oyun "Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.


AZAL - "Qarabağ” - 0:2
"Dalğa Arena”

Qollar: Mahir Mədətov, 44, Dani, 64
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Cavanşir Yusifov, Etibar Həsənov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 4. Qvanzan Maqomedov, 6. Tagim Novruzov, 8. Seymur Əsədov (k), 10. Nuqzar Kvirtiya, 7. Tərlan Xəlilov, 21. Murad Səttarlı, 9. Aydın Qasımov
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 15. Rüfət Musayev, 17. Elmin Çobanov, 14. İlqar Ələkbərov, 20. İsmayıl İbrahimli, 19. Məhəmməd Bədəlbəyli, 28. Müşfiq Teymurov
Baş məşqçi: Tərlan Əhmədov

"Qarabağ”: 13. İbrahim Şehiç, 4. Eltun Yaqublu, 6. Vüqar Mustafayev, 7. Namiq Yusifov (k), 11. Elvin Məmmədov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 29. Raydell Pupon, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 97. Mahir Mədətov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 10. Dani Kintana, 18. İlqar Qurbanov, 33. Elton Turabov, 77. Cavid Tağıyev
Baş məşqçi: Qurban Qurbanov
Premyer Liqanın III turunda "Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən "Neftçi” ardıcıl iki uğursuz seriyaya son qoyub. Bakılılar bu qalibiyyətlə həm Premyer Liqa, həm bütün oyunlarda yaşadıqları qələbə həsrətini sona çatdırıb. 132 gün əvvəl - aprelin 13-də "İnter”lə kubokun yarımfinal oyununda 2:0 hesabı ilə qalib gələn "ağ-qaralar” ümumilikdə 12 matçda qalib gələ bilməmişdi. 6 heç-heçə və 6 məğlubiyyətdən ibarət bu seriyada 2 avrokubok, 2 kubok və 8 çempionat oyunu keçirilib.
Paytaxt təmsilçisi Premyer Liqadakı son qələbəsini isə 140 gün əvvəl aprelin 5-də qazanılmışdı. "Simurq”u səfərdə 1:0 hesabı ilə məğlub edən "Neftçi” sonrakı 9 görüşdə qələbəyə həsrət qalmaqla klubun antirekordunu müəyyənləşdirib. Bu matçlarda 5 heç-heçə və 4 məğlubiyyət qeydə alınıb.

"Neftçi” - "Sumqayıt” - 2:1
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Qol: Araz Abdullayev, 51, Rəhman Hacıyev, 53 - Nuran Qurbanov, 77
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Vüsal Qənbərov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov

"Neftçi”: Aqil Məmmədov, Rahil Məmmədov, Ailton, Məqsəd İsayev, Erik Ramos, Kaue, Elşən Abdullayev, Araz Abdullayev, Rəhman Hacıyev, Ruslan Qurbanov, Məhəmməd Qurbanov
Ehtiyat oyunçular: Miçal Peskoviç, Orxan Bəşirov, Elvin Bədəlov, Kamal Qurbanov, Fəhmin Muradbəyli, Samir Məsimov, Əziz Quliyev
Baş məşqçi: Samir Əliyev
"Sumqayıt”: Şahruddin Məhəmmədəliyev, Slavik Alxasov, Vurğun Hüseynov, Cəmil Hacıyev, Pərdis Fərcad Azad, Uğur Pamuk, Murad Ağayev, Bəxtiyar Həsənalızadə, Aleksandr Çertoqanov, Tofiq Mikayılov, Emin Mehdiyev
Ehtiyat oyunçular: Tərlan Əhmədli, Mikayıl Rəhimov, Nuran Qurbanov, Nodar Məmmədov, Elnur Abdulov, Amit Quluzadə, Xəyal Nəcəfov
Baş məşqçi: Aqil Məmmədov

Avroliqada mübarizəni davam etdirən digər təmsilçimiz "Qəbələ” isə Premyer Liqaya qayıdan "Kəpəz”i qəbul edib. Oyun "Qırmızı-qaralar”ın minimal hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu oyunun 6-cı dəqiqəsində fərqlənən "Qəbələ”nin futbolçusu Ermin Zec vurub.
Məlumat üçün qeyd edək ki, bu qarşılaşma rəqiblərin 9-cu dueli olub. "Qırmızı-qaralar” indiyədək 8 dəfə Gəncə təmsilçisi ilə üz-üzə gəliblər. Bu görüşlərin hamısı Premyer Liqa çərçivəsində keçirilib. Ümumilikdə tərəflərin hərəsinin iki qələbə qazandığı oyunlarda 4 bərabərlik qeydə alınmışdı.

"Qəbələ” - "Kəpəz” - 1:0
Qəbələ şəhər stadionu
Qol: Ermin Zec, 6
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Kərim Ağayev

"Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 7. Ermin Zec, 8. Məhəmməd Mirzəbəyov, 11. Asif Məmmədov, 15. Vitali Vernudub, 19. Aleksey Qay, 34. Ürfan Abbasov (k), 44. Rafael Santos, 66. Samir Zərgərov, 69. Aleksey Antonov
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Vojislav Stankoviç, 5. George Floresku, 9. Sergey Zenyov, 10. Dodo, 17. Qismət Alıyev, 21. Arif Daşdəmirov
Baş məşqçi: Roman Qriqorçuk
"Kəpəz”: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 10. Junior da Silva, 80. Tural Rzayev, 7. Juninyo, 19. Aleksandr Sitnik
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 15. Azad Kərimov, 9. Murad Ağakişiyev, 27. Bəxtiyar Soltanov, 4. Elvin Cəbrayıllı
Baş məşqçi: Şahin Diniyev