Azarkeşləri məyus edən 11 transfer

Azarkeşləri məyus edən 11 transfer



Futbol dünyada ən populyar idman növlərindən biridir. Bu idman növünün azarkeşləri kifayət qədərdir. Biz hər gün futbol komandaları, ulduz oyunçular və transferlər haqqında maraqlı xəbərlər eşidirik. Çox güman ki, hər bir futbol azarkeşi nə vaxtsa sevdiyi oyunçunun bir klubdan başqasına keçməsinə görə çox məyus olub.

Oxucular üçün maraqlı olduğunu nəzərə alaraq futbol tarixində ən məyusedici transferlər hadisələrini təqdim edirik:



1. Sol Kempbell ("Tottenham" - "Arsenal")

Dövrünün ən yaxşı müdafiəçilərindən olan Kempbell uzun müddət idi ki, "Barselona" və "Çelsi"nin diqqət mərkəzində idi. Azarkeşlər "Tottenhem"in ulduzunun əvvəlki müqaviləsini yeniləyəcəyini gözləyirdilər, amma Sol Kempbell təmsil etdiyi klubun əzəli rəqibi olan "Arsenal" klubu ilə anlaşdı.



2. Antonio Kassano ("Milan" - "İnter")

"Milan" klubunda top qovan Antonio Kassano İtaliya kuboku çempionluğu yaşadığı məqamlarda hamını təəccübləndirən qərar verdi. İtalyan ulduz heç kimin gözləmədiyi halda "İnter"ə transfer etdi.



3. Eşli Koul ("Arsenal"- "Çelsi")

Azarkeşləri məyus edən daha bir transfer İngiltərə futbolunun yetişdirdiyi ən istedadlı oyunçulardan biri Eşli Kouldan gəldi. Futbolçu "Arsenal" klubundan ayrılaraq "Çelsi"yə üz tutdu.



4. Anxel Di Maria ("Real Madrid"- "Mançester Yunayted")

Argentinalı futbolçu Anxel Di Maria qəfildən təmsil etdiyi "Real Madrid"lə yollarını ayırdı. Klubla vidalaşan ulduz oyunçu "Mançester Yunayted"in yolunu tutdu. Bu transfer də azarkeşləri məyus və pərişan etdi.



5. Luiş Fiqo ("Barselona" - "Real Madrid")

Portuqaliyalı ulduz Luiş Fiqo "Barselona" klubundan "Real Madrid"ə keçdi. Bu keçid isə çoxlarının narazılığına səbəb oldu.



6. Zlatan İbrahimoviç ("Barselona" -"Milan")

Zlatan İbrahimoviç də azarkeşlərə məyusluq hissi yaşatdı. İsveçli oyunçu "Barselona"dan "Milan"a transfer olundu.



7. Xavi Martinez ("Atletik Bilbao"- "Bayern Münih")

"Athletik Bilbao"nun təmsilçisi Javi Martinez "Barselona"nın təklifini rədd edərək "Bayern Münih"ə keçid etdi.


8. Ronaldinyo ("Flamengo" - "Atletico Mineiro")

Braziliyalı ulduz "Flamengo" klubunda da xeyli azarkeş sevgisi qazanmasına baxmayaraq, onlara sürpriz etdi. Belə ki, məhşur futbolçu "Atletico Mineiro" ilə anlaşmağa üstünlük verdi.



9. Karlos Tevez ("Corinthians" - "West Ham")

"Corinthians"da top qovan Karlos Tevez azarkeşlərini təəccübləndirdi və "West Ham" klubu ilə müqavilə bağladı.



10. Fernando Torres ("Liverpul" - "Çelsi")

Fernando Torres maddi rifahını və gəlirini yaxşılaşdırmaq üçün transferini reallaşdırdı. İspaniyalı ulduz rekord məbləğə "Liverpul"dan "Çelsi"yə keçdi.



11. Kristian Vieri ( "İnter" - "Milan")

Kristian Vieri karyerası ərzində bir çox nüfuzlu klubların formasını geyib. "Yuventus”, "Latsio”dan sonra "İnter” kimi İtaliyanın aparıcı klublarının şərəfini qoruyan Vieri katyerasının sonunda "Milan"a keçid edib.


Səadət