Klovis bu gün səhər, 60 yaşında dünyasını dəyişib. Portu-Aleqri şəhərində vəfat edən azarkeş 9 il idi ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı.
Fernandes Braziliya yığmasının ən sadiq azarkeşi hesab olunurdu. O, yığmanın 150 oyununa baxmaq üçün 60 ölkəyə səfər edib. Klovis ilk dəfə 1990-cı ildə keçirilən dünya çempionatında diqqəti cəlb edib. O vaxtdan Fernandes braziliyalı azarkeşlərin simvoluna çevrilib.
Sonuncu dünya çempionatında Braziliyanın Almaniyaya rüsvayçı hesabla (1:7) məğlubiyyətindən sonra onun hönkür-hönkür ağlaması kameraların diqqətindən yayınmayıb.