Futbol üzrə Topaz Premyer Liqasında V turun oyunları keçirilib.
İlk oyun günündə iki qarşılaşma təşkil olunub. Paytaxtda keçirilən hər iki oyun saat 21:00-da başlayıb. Bu mövsüm hələ ki qələbə qazana bilməyən AZAL öz meydanında "İnter”i qəbul edib. Oyun "bankirlər”in minimum hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu matçın 16-cı dəqiqəsində fərqlənən Nizami Hacıyev vurub.
Topaz Premyer Liqası
V tur
19 sentyabr (şənbə)
AZAL - "İnter” - 0:1
"Dalğa Arena”
Qol: Nizami Hacıyev, 16
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 28. Müşfiq Teymurov, 14. İlqar Ələkbərov, 8. Seymur Əsədov (k), 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 7. Tərlan Xəlilov, 19. Məhəmməd Bədəlbəyli
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 4. Qvanzan Maqomedov, 6. Tagim Novruzov, 9. Aydın Qasımov, 11. Ruslan Nəsirli, 20. İsmayıl İbrahimli, 27. Aleksandr Quruli
Baş məşqçi: Tərlan Əhmədov
"İnter”: 79. Giorgi Lomaya (k), 5. Denis Silva 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 14. Zurab Xizanişvili, 19. Mirhüseyn Seyidov, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Dieqo Martins, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 3. Xuan Fransisko, 10. Elnur Abdullayev, 15. Stepan Polyak, 17. Mirsahib Abbasov, 18. Mənsur Nəhavəndi, 88. Abdulla Abatsiyev
Baş məşqçi: Zaur Svanadze
Premyer Liqanın debütantı "Zirə” isə "Rəvan”ı qonaq edib. Bu mövsüm məğlub olmayan Adil Şükürovun yetirmələri bu oyundan da qalib ayrılmağı bacarıblar - 2:1.
"Zirə” - "Rəvan” - 2:1
Zirə İdman Kompleksinin stadionu
Qol: Rəşad Abdullayev, 13 (pen.), Yovan Krneta, 24 - Tural Qürbətov, 63
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Nahid Əliyev, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Ömər Paşayev
"Zirə”: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 2. Mbah Çimezi, 13. Aleksandr Şemonayev, 32. Luis Alberto Diez, 11. Viktor İqbekoyi, 27. Rəşad Abdullayev (k), 28. Təmkin Xəlilzadə, 10. İqor İvanoviç, 9. Nelson Bonilla
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 7. Rihairo, 8. Tərzin Cahangirov, 14. Tellur Mütəllimov, 90. Vüsal İsgəndərli, 96. Elgün Nəbiyev
Baş məşqçi: Adil Şükürov
"Rəvan”: 32. Kostyantin Maxnovski, 6. Vüqar Bəybalayev, 21. Novruz Məmmədov, 2. Ruslan Tağızadə, 11. Şeriff Suma, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 99. Nicat Muxtarov, 22. Məhəmməd Alıyev, 17. Ramazan Abbasov (k), 19. Tural Qürbətov
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 24. Elçin İsmayılov, 88. Roini İsmayılov, 8. Məhəmməd Quliyev, 7. Elvin Həsənəliyev, 10. Alibobo Raxmatullayev, 86. Fərid Quliyev
Baş məşqçi: Emin Quliyev
Turun ikinci oyun günündə daha iki qarşılaşma keçirilib. İkinci oyun gününün ilk qarşılaşması Gəncədə təşkil olunub.
İkiillik fasilədən sonra Premyer Liqaya dönən "Kəpəz” ötən mövsümün çempionu "Qarabağ”la qarşılaşıb. UEFA Avropa Liqasındakı "Tottenhem”lə oyundan sonra əlavə yol yorğunlu yaranmasın deyə Londondan birbaşa Gəncəyə yola düşən ağdamlılar çətin qərb səfərindən itkisiz dönərək liderliyi davam etdirmək istəyirdilər. Maraqlı və gərgin mübarizə şəraitində keçən qarşılaşmada 5 qol vurulub. Ağdamlılar 3:2 hesablı qələbə qazanaraq liderliyi davam etdirirlər.
20 sentyabr (bazar)
"Kəpəz” - "Qarabağ” - 2:3
Gəncə şəhər stadionu
Qollar: Bəxtiyar Soltanov, 49, Şəhriyar Rəhimov, 90 - Coşqun Diniyev, 38 (pen.), Armenteros, 50, Elvin Məmmədov, 75 (pen.)
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev
"Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 13. Şəhriyar Rəhimov, 3. Tərlan Quliyev, 25. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 7. Juninyo, 68. Rəşad Eyyubov, 10. Dario Federiko Junior, 27. Bəxtiyar Soltanov
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 9. Murad Ağakişiyev, 80. Tural Rzayev, 15. Azad Kərimov, 77. Ziyabil Məmmədov
Baş məşqçi: Şahin Diniyev
"Qarabağ”: 13. İbrahim Şehiç, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 29. Raydell Pupon, 25. Ansi Aqolli (k), 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 9. Reynaldo, 20. Riçard Almeyda, 23. Vladimir Dimitrovski, 97. Mahir Mədətov, 90. Samuel Armenteros
Baş məşqçi: Qurban Qurbanov
Günün ikinci matçında isə azarkeşlər mövsümün ilk böyük oyununu izləyiblər. Turun mərkəzi qarşılaşması "Neftçi” və "Xəzər Lənkəran” komandaları arasında keçirilib. Gərgin mübarizə şəraitində keçən oyun qırmızı vərəqə, onbirmetrlik cərimə zərbəsi, qollar, təhlükəli epizodlar baxımından digər qarşılaşmalardan fərqlənib. Oyunun 56-cı dəqiqəsində "Xəzər Lənkəran”ının futbolçusu Manuel Skarlatake ikinci sarı vərəqəni alaraq meydanı erkən tərk edib.
Lakin meydan sahibləri rəqibin azlıqda qalmasından istifadə edə bilməyiblər. Matçda 57-cı dəqiqədə "Neftçi”nin futbolçusu Araz Abdullayev hesabı açsa da, iki dəqiqə sonra Rahid Əmirquliyev cavab qolunu vurub. Oyunda başqa qol olmayıb və hər iki komanda meydandan bir xalla ayrılıb.
"Neftçi” - "Xəzər Lənkəran” - 1:1
"Bakcell Arena”
Qollar: Araz Abdullayev, 57 - Rahid Əmirquliyev, 59
Vurulmayan onbirmetrlik cərimə zərbəsi: Araz Abdullayev, 4 (qapıçı)
Qırmızı vərəqə: Manuel Skarlatake, 56 (ikinci sarı)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
"Neftçi”: 24. Mixail Peskoviç, 4. Rahil Məmmədov, 5. Melli, 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 15. Erik Ramos, 16. Əziz Quliyev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Antonio Quinta, 27. Məqsəd İsayev
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 18. Kaue, 21. Samir Mütəllimov, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov
Baş məşqçi: Samir Əliyev
"Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 9. Orxan Əliyev, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev, 18. Tural Cəlilov, 27. Manuel Skarlatake, 42. Kamran Abdullazadə, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 12. İlyas Səfərzadə, 16. İbrahim Qadirzadə, 32. Zaman Mirzəzadə, 44. Yusif Həsənov, 72. Elvin Mirzəyev
Baş məşqçi: Yunis Hüseynov
Turun son oyunu Qəbələ şəhər stadionunda keçirilib. Ötən tur "İnter”ə məğlub olan Roman Qriqorçukun yetirmələri öz meydanında sürprizə imkan verməmək üçün "Sumqayıt”ı əliboş yola salmalı idi. UEFA Avropa Liqasında qrup mərhələsinə 1 xalla start verən "Qəbələ” daxili çempionatda da uğurlu nəticə qazanmağı planlaşdırırdı. Ötən mövsümün bürünc mükafatçıları bu oyunda yeni transferləri Ruslan Abışov və Vüqar Nadirovun xidmətlərindən istifadə edə biləcəkdilər. "Gənclik şəhəri”nin təmsilçiləri isə çempionatda hələ qələbə sevinci yaşamadıqlarına baxmayaraq, səfərdən ən azı 1 xalla dönməyə ümid edirdilər. "Qəbələ” və "Sumqayıt” komandaları arasında oyun gec başa çatdığından qarşılaşmanın nəticəsi barəsində ətraflı məlumatı gələn sayımızda əldə edə bilərsiniz.