Sabiq futbolçu intihar edib

Sabiq futbolçu intihar edib


Türkiyə millisinin sabiq futbolçusu Uğur Dağdelen yaşadığı evin qarajında intihar edib.
42 yaşlı U.Dağdelen yaşadığı evin qarajında tapança ilə özünə qəsd edib.
Mərhumun cəsədi tapıldıqdan sonra ekspertizaya göndərilib. U.Dağdelenin hansı səbəbdən intihar etdiyi bilinmir.
Qeyd edək ki, Uğur Dağdelen futbolçu karyerası ərzində Türkiyənin "Samsunspor", "Bursaspor", "Kayserispor" klublarında çıxış edib. 1998-ci ildə Türkiyə millisinin formasını geyinən futbolçu 2001-ci ildə 29 yaşında olarkən futbolçu karyerasını bitirib.