24 yaşlı cüdoçu göldə batıb

24 yaşlı cüdoçu göldə batıb



Çexiyalı cüdoçu Aleksandr Yureçka 24 yaşında faciəli şəkildə dünyasını dəyişib. Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytının verdiyi məlumata görə, cüdoçu ötən həftənin cümə günü İtaliyada yerləşən "La Garda" gölündə batıb.
A.Yureçkanın ölümü ilə bağlı gələn həftə Özbəkistanda keçiriləcək Daşkənd Qran-Pri yarışı 1 dəqiqəlik sükutla başlayacaq.
Gənc cüdoçu ötən ay Astanada keçirilən dünya çempionatında mübarizə aparıb və iki dəfə "Böyük Dəbilqə" turnirinin bürünc mükafatçısı olub.