2016-cı ildə Azərbaycanda 17 yaşınadək futbolçular arasında Avropa çempionatının keçiriləcəyi stadionlar müəyyənləşib.
16 komandanın iştirakı ilə final mərhələsinin bütün oyunları Bakıda təşkil olunacaq. Bunun üçün Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, "Bakcell Arena”, "Qarabağ” klubuna məxsus Suraxanı qəsəbə stadionu, Mərdəkandakı "Dalğa Arena”, eləcə də Masazırdakı "Əlincə” stadionu ayrılacaq.
Qeyd edək ki, Avropa çempionatı gələn ilin may ayında keçiriləcək.