Ötən həftə futbol üzrə Topaz Premyer Liqasında VI turun oyunları keçirilib. İlk oyun günündə 2 qarşılaşma təşkil olunub. Turun açılış oyununda "İnter” "Kəpəz”lə qarşılaşıb. Göstərdiyi oyunla diqqəti çəkən, lakin istədiyi nəticəni heç cür əldə edə bilməyən gəncəlilər bu mövsüm medalçılar sırasında yer almaq istəyən "İnter”lə oyunda çətin sınaq qarşısında qalıblar. "Bankirlər” tarixləri ərzində heç vaxt "Kəpəz”ə məğlub olmayıblar. Bu dəfə də ənənə dəyişməyib. Zaur Svanadzenin yetirmələri qarşılaşmanı minimum hesablı qələbə ilə başa vurublar. Oyunda yeganə qolu qarşılaşmanın 53-cü dəqiqəsində fərqlənən Dieqo Martins vurub.
Topaz Premyer Liqası
VI tur
25 sentyabr (cümə)
"İnter” - "Kəpəz” - 1:0
"İnter Arena”
Qol: Dieqo Martins, 53
Qırmızı vərəqə: Dieqo Martins, 86
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Ziya Nəsirov
"İnter”: 79. Giorgi Lomaya (k), 5. Denis Silva, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 14. Zurab Xizanişvili, 19. Mirhüseyn Seyidov, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Dieqo Martins, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 3. Xuan Fransisko, 10. Elnur Abdullayev, 15. Stepan Polyak, 17. Mirsahib Abbasov, 18. Mənsur Nəhavəndi, 88. Abdulla Abatsiyev
Baş məşqçi: Zaur Svanadze
"Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 10. Dario Federiko Junior, 7. Juninyo, 68. Rəşad Eyyubov, 27. Bəxtiyar Soltanov
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 9. Murad Ağakişiyev, 80. Tural Rzayev, 15. Azad Kərimov, 4. Elvin Cəbrayıllı, 19. Aleksandr Sitnik
Baş məşqçi: Şahin Diniyev
Günün digər oyununda isə Avroliqada ölkəmizi təmsil edən "Qəbələ” "Rəvan”la qarşılaşıb. Roman Qriqorçukun yetirmələri bu mövsüm qələbə üzünə həsrət qalan rəqiblə Bakıda oynayıblar.
"Qəbələ” "Rəvan”a qarşı keçirdiyi bütün səfər görüşlərində qələbə qazana bilib. Bu dəfə tarixi statistika dəyişməyib. Roman Qriqorçukun yetirmələri "Krasnodar”la oyun öncəsi 3:0 hesabı ilə qələbə qazanaraq yenidən turnir cədvəlinin ikinci pilləsinə qalxıblar.
"Rəvan” - "Qəbələ” - 0:3
"Bayıl Arena”
Qol: Dodo, 37, Samir Zərgərov, 57, Qay, 78
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Rahil Ramazanov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov
"Rəvan”: 32. Kostyantin Maxnovskiy, 21. Novruz Məmmədov (k), 16. Orxan Lalayev, 2. Ruslan Tağızadə, 11. Şeriff Suma, 8. Məhəmməd Quliyev, 92. Yamin Ağakərimzadə, 99. Nicat Muxtarov, 10. Alibobo Raxmatullayev, 7. Elvin Həsənəliyev, 19. Tural Qürbətov
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 6. Vüqar Bəybalayev, 4. Kənan Müslümov, 88. Roini İsmayılov, 39. Əlibəy Məmmədli, 20. Kənan Manafov, 22. Məhəmməd Alıyev
Baş məşqçi: Emin Quliyev
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 87. Ruslan Abışov, 9. Sergey Zenyov, 10. Dodo (k), 15. Vitali Vernidub, 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Vojislav Stankoviç, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 25. Qismət Alıyev, 69. Aleksey Antonov, 88. Derlis Meza Kolli
Baş məşqçi: Roman Qriqorçuk
Sentyabrın 26-da turun daha iki qarşılaşması keçirilib. Qarşılaşmalardan biri Sumqayıtda, digəri isə Bakıda təşkil olunub. Birinciliyin aşkar autsayderi AZAL "Sumqayıt”ın qonağı olub. Əslində komandaların ikisi də çempionata heç də yaxşı start verməyiblər. Meydan sahibləri keçirdikləri 5 oyunda qələbə üzünə həsrət qalsalar da, qazandıqları 3 xalı heç-heçələr sayəsində əldə ediblər. "Təyyarəçilər” isə qələbə qazanmaq bir yana, bu oyuna qədər nə xal əldə edə, nə də qol vura bilmişdilər.
Qeyd edək ki, iki komandanın qarşılaşmasında AZAL son dörd oyunda "Sumqayıt”a uduzmayıb. Bu dəfə də ənənə pozulmayıb. "Gənclik şəhəri”nin sakinləri hesabı açan tərəf olsalar da, oyuna əlavə olunmuş son dəqiqədə AZAL hesabı bərabərləşdirərək, həm mövsümdəki ilk qolunu vurub, həm də ilk xalını qazanıb.
26 sentyabr
"Sumqayıt” - AZAL - 1:1
"Kapital Bank Arena”
Qol: Ağabala Ramazanov, 36 - Quruli, 90+4
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Vüsal Qənbərov, Nail Nağıyev
"Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad-Azad, 8. Nuran Qurbanov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 22. Tofiq Mikayılov, 55. Ağabala Ramazanov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 10. Uğur Pamuk, 23. Tural Rzayev, 24. Amit Quluzadə, 39. Emin Mehdiyev, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Aqil Məmmədov
AZAL: 16. Stanislav Namaşko, 4. Qvanzan Maqomedov, 3. Tural Hümbətov, 2. Rail Məlikov, 24. Emin Cəfərquliyev, 8. Seymur Əsədov (k), 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı, 11. Ruslan Nəsirli, 19. Məhəmməd Bədəlbəyli, 27. Aleksandr Quruli
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 6. Tagim Novruzov, 9. Aydın Qasımov, 20. İsmayıl İbrahimli, 28. Müşfiq Teymurov, 7. Tərlan Xəlilov, 15. Rüfət Musayev
Baş məşqçi: Tərlan Əhmədov
Günün digər oyunu isə, şübhəsiz ki, turun mərkəzi görüşü hesab olunurdu. Ötən mövsümün çempionu "Qarabağ” turnirə istədiyi kimi başlaya bilməyən "Neftçi” ilə qarşılaşıb. Bu vaxta qədər keçirilmiş bütün çempionatların iştirakçısı olmuş bu iki komandanın qarşılaşması "Azərbaycan derbisi” adlandırılır və həmişə gərgin mübarizə ilə yadda qalıb. "Qarabağ” yeni inşa olunmuş stadionda ilk oyununu məhz əzəli rəqibinə qarşı keçirib. Əvvəlki illərdən fərqli olaraq, Ağdam təmsilçisi bu dəfə görüşün aşkar favoriti idi. Bu mövsüm gənclərə bel bağlayan "Neftçi”nin Avrokubokda da mübarizəni davam etdirən güclü rəqibi önündə necə çıxış edəcəyi maraqla gözlənilirdi. Hər halda, paytaxt təmsilçisi sürpriz edərək "Qarabağ” üzərində 2 il 4 aylıq qələbə həsrətinə son qoymaq arzusunda idi. Flaqman arzusuna qismən nail olub. 60-cı dəqiqədə fərqlənən Erik Ramos "ağ-qaralar”ı hesabda önə keçirib. Lakin qarşılaşmanın 90-cı dəqiqəsində Riçard Almeyda onbirmetrlik cərimə zərbəsində fərqlənməklə hesabı bərabərləşdirib. Beləliklə, "Qarabağ” yeni stadiondakı ilk oyununu 1 xalla qeyd etməli olub.

"Qarabağ” - "Neftçi” - 1:1
"Azərsun Arena”
Qol: Riçard Almeyda, 90 (pen.) - Erik Ramos, 60
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 9. Reynaldo, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 10. Dani, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 67. Əl Hərbi Əl Jadeyui
Baş məşqçi: Qurban Qurbanov
"Neftçi”: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 5. Juan Alberto, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Antonio Quinta, 27. Məqsəd İsayev
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov
Baş məşqçi: Samir Əliyev
Turun son oyunu isə sentyabrın 27-də keçirilib. "Xəzər Lənkəran” öz meydanında "Zirə” ilə qarşılaşıb. Bu oyuna qədər məğlub olmayan debütant Lənkəranda da bu seriyanı davam etdirib. Gərgin və maraqlı hücumlar şəraitində keçən qarşılaşmada yeganə qol son dəqiqələrdə vurulub. Rəşad Abdullayev artırılan dəqiqələrdə təyin olunmuş onbirmetrlik cərimə zərbəsində fərqlənməklə köhnə komandasını məyus edib.
Beləliklə, 6 oyundan sonra 4 qələbə qazanıb, iki heç-heçə edən "Qarabağ” 14 xalla turnir cədvəlinin vahid lideridir. Liderdən bir xal geri qalan "Qəbələ” və "İnter” komandaları isə, müvafiq olaraq, ikinci, üçüncü pillələrdə qərarlaşıblar.
27 sentyabr (bazar)
"Xəzər Lənkəran” - "Zirə” - 0:1
"Xəzər Lənkəran” mərkəzi stadionu
Qol: Rəşad Abdullayev, 90+2 (pen.)
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov
"Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 9. Orxan Əliyev, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 7. Sadio Tounkara, 12. İlyas Səfərzadə, 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə, 44. Yusif Həsənov
Baş məşqçi: Yunis Hüseynov
"Zirə”: 1. Anar Nəzirov, 39. Sadiq Quliyev, 37. Yovan Krneta, 13. Aleksandr Şemonayev, 5. Adil Nağıyev, 11. Viktor İqbekoyi, 32. Luis Alberto Diez, 27. Rəşad Abdullayev (k), 28. Təmkin Xəlilzadə, 10. İqor İvanoviç, 9. Nelson Bonilla
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 90. Vüsal İsgəndərli, 23. Eltun Hüseynov, 8. Tərzin Cahangirov, 7. Rihairo, 4. Ruslan Cəfərov, 96. Elgün Nəbiyev
Baş məşqçi: Adil Şükürov