Hakim futbolçuya tapança çəkib

Hakim futbolçuya tapança çəkib



Braziliyalı futbol referisi Qabriel Murta qeyri-etik hərəkətinə görə ömürlük futboldan uzaqlaşdırıla bilər.
Braziliyanın aşağı divizionlarından birində baş tutan oyunda maraqlı hadisə yaşanıb. "Amantes de Bola” - "Brumadinyo” qarşılaşmasında epizodların birində meydan sahibləri rəqib futbolçuya qırmızı vərəqə göstərmək tələbiylə hakimə hücum çəkib. Əsas sənəti polis olan Murta isə özünü müdafiə etmək məqsədiylə cibindəki tapançanı çıxardıb.
İndi o, psixoloji ekspertizadan keçməlidir. Nəticədən asılı olaraq, Murta hakimlikdən birdəfəlik uzaqlaşdırıla bilər.