İspaniyanın "Real" klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu karyerasında 500-cü qolunu vurub.
Bu, Çempionlar Liqasının qrup matçı çərçivəsində "Malmö" ilə səfər matçının 29-cu dəqiqəsində qeydə alınıb. Hazırda portuqaliyalının hesabında 753 oyun var.
Ronaldu, həmçinin ÇL-də vurulan qolların sayına görə rekordu yeniləyib. İndi onun hesabında turnirin final mərhələsində 116 oyuna 82 qol var.
Qeyd edək ki, oyunun sonunda Ronaldo daha bir dəfə fərqlənməyə macal tapıb. Oyun 2:0 hesabı ilə "Real"ın xeyrinə başa çatıb.