Dünyanın ən uzun karyeralı futbolçusu Kazuyoşi Miura çıxış etdiyi "Yokohama” klubu ilə yeni müqavilə imzalayıb. 48 yaşlı yapon oyunçusu ölkəsinin ikinci liqa təmsilçisi ilə müqavilənin müddətini daha bir il uzadıb. Qeyd edək ki, K.Miura 1990-2000-ci illərdə Yaponiya millisində oynayıb və 89 matça 55 qol vurub. K.Miura bu mövsüm 16 qarşılaşmada 3 dəfə fərqlənib.