Dünya çempionatında 40 milli komanda çıxış edə bilər

Dünya çempionatında 40 milli komanda çıxış edə bilər


FİFA prezidentliyinə namizəd olan Canni İnfantino maraqlı açıqlama ilə bütün diqqəti özünə çəkib. Hazırda UEFA-da baş katib vəzifəsini yerinə yetirən İnfantino rəhbər seçildiyi təqdirdə dünya çempionatı ilə bağlı yenilik edəcəyini dilə gətirib.
Dünya çempionatının final mərhələsində iştirakçı komandaların sayını 40-a yüksəltmək fikrində olan İnfantino deyib: "AVRO-2016-nın final mərhələsində komanda sayını artırmağımız seçmə mərhələyə də müsbət təsir etdi. Sona qədər bir çox komanda gərgin mübarizə apardı. Çünki daha çox yığmanın final mərhələsinə şansı var idi. Bu yeniliyi dünya çempionatında da tətbiq etmək fikrindəyik. FİFA prezidenti seçilərəmsə, mötəbər yarışdakı komandaların sayını artırmaq barədə ciddi şəkildə düşünəcəyəm”.
Qeyd edək ki, FİFA-ya yeni rəhbər gələn il fevral ayının 26-da seçiləcək.