Messiyə velosiped bağışladılar

Messiyə velosiped bağışladılar



"Sky” komandası "Barselona”nın hücumçusu Lionel Messiyə 10 000 manat dəyərində velosiped hədiyyə edib.
Argentinalı ulduz həmçinin velokomandanın köynəyinə də sahib olub. "Sky”ın baş meneceri Deyv Breylsford və "Pinarello” şirkətinin prezidenti Fausto Pinarello dünyanın ən yaxşı futbolçularından birinə hədiyyəni şəxsən təqdim etmək üçün İspaniyaya yollanıb. "Pinarello DOGMA F8” velosipedini Messiyə hədiyyə etmək ideyası isə futbolçuyla tanışlığı olan David Fernandesdən gəlib.
"Qızıl top”un 4 qat sahibi hələ ki, bu hədiyyədən istifadə edə bilməyəcək. Dizindəki zədəni müalicə etdirən argentinalı forvard sağalandan sonra çox güman Kataloniya küçələrində rahatlıqla velosiped sürəcək.